Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, milli mədəniyyətimizin inkişafında xidmətləri nəzərə alınaraq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Əli İslam oğlu Məmmədov və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Vəli oğlu Mirzəliyev Mədəniyyət Nazirliyinin müvafiq əmrləri ilə mükafatlandırılıb.

İlham Məmmədov 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında inzibatçı, böyük inzibatçı, baş inzibatçı vəzifələrində çalışıb. 2009-cu ildən teatrda direktor müavini vəzifəsini icra edir. 2018-ci ildə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Möylə Mirzəliyev 1959-cu ildə anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Akademik Opera və Balet Teatrında xor artisti olub. 1992-ci ildən Akademik Musiqili Teatrda çalışır. Tamaşalarda maraqlı obrazlar yaradıb.