Türkmənistanın paytaxtı Aşqabadda XIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitab əməkdaşlıq və tərəqqi yoludur” adlı konfrans keçirilib.

Kitab forumunda 20 ölkədən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib.

Sərgi və konfransda Azərbaycanı “Şərq-Qərb” və “LitterPress” nəşriyyatı təmsil edib.

Stendlərdə bədii ədəbiyyat, uşaq nəşrləri, lüğətlər, incəsənət haqqında yeni çoxcildlik, dərsliklər təqdim olunub.

XIII Beynəlxalq Kitab Sərgi-Yarmarka və konfransın rəsmi bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib.

Xatırladaq ki, 2019-cu il Müstəqil Dövlətlər Birliyində “Kitab ili” elan olunub.