Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov və Xətai rayon gənclər birliklərinin təşkilatçılığı ilə “Bayrağımız qürurumuzdur!” adlı tədbir keçirilib.
Tədbir məktəbin xor kollektivinin Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Dövlət himnini, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səsləndirməsi ilə başlanıb.
Millət vəkili Hikmət Babaoğlu və digər çıxış edənlər bayrağımızın tarixi, bu günün mahiyyəti haqqında danışıblar.
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında vətənpərvər ruhda musiqi nömrələri təqdim edilib. Proqram Mənzurə Abdurahmanova, Rabil Şirəliyev, xor və rəqs sinfinin ifasında “Vətənim Azərbaycan!” mahnısının möhtəşəm ifası ilə yekunlaşıb.