Sabirabad rayon Mədəniyyət Mərkəzində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib.
Mədəniyyət Mərkəzinin “Kür-Araz” instrumental ansamblının çıxışı ilə bayram tədbiri davam edib. V Muğam müsabiqəsinin diplomantı Səməd Səmədovun, Əziz Habiloğlunun (saz), Əhmədabad kənd Folklor evinin “Axısxa halay” türk folklor rəqs qrupunun, digər iştirakçıların ifalarında vətəni tərənnüm edən mahnılar səslənib.