Cəlil Məmmədquluzadənin 150 illiyi haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ədibin “Anamın kitabı” əsərini tamaşaya qoyub.

Tamaşanın premyerası noyabrın 22-də və 23-də olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.