9-11 oktyabr 2015-ci il tarixində Türkiyənin Safranbolu şəhərində 16-cı "Altın Safran" beynəlxalq sənədli filmlər festivalı keçiriləcək. Peşəkar və həvəskar olmaqla iki kateqoriyada filmlərin yarışdığı festivalda ölkəmizi rejissor Adil Azay dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" və "Azanfilm" studiyasında lentə aldığı "Vulkanın nəfəsi" sənədli filmləri ilə təmsil edəcək.
"Xəlvətdə qalmış müdrik" filmi görkəmli sufi filosofu, "Xəlvətiyə" təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, "Vulkanın nəfəsi" filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.