F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Araxçın MMC/Silent Communication” komandasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli uşaqlar üçün “Jest dili ilə nağıl saatı” adlı tədbir keçirilib.
Tədbirdə 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri iştirak edib.
Kitabxananın əməkdaşı, təlimçi-surdoloq Könül Quliyeva və Şamil Sabirzadə uşaqlar üçün ekskursiya təşkil edib. Onlar kitablar, oxu zalları və xidmət şöbəsi ilə yaxından tanış olublar. Kitabxananın nağıl otağında isə Azərbaycan xalq nağıllarının qəhrəmanları müzakirə olunub.
Sonra oxu zalında jest dilinə tərcümə olunmuş “Madaqaskar 1” cizgi filminin təqdimatı keçirilib.
Sonda uşaqlara kitablar hədiyyə edilib.