Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə institutun direktoru, akademik Yaqub Mahmudov, alimlərdən Ədalət Qasımov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqaları çıxış edərək ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, institutda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir, bu istiqamətdə dissertasiyalar yazılır.
Sonra Tarix İnstitutunun nəşrlərinin – ikicildlik “Heydər Əliyev” fundamental araşdırması, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi və başqa kitabların təqdimatı keçirilib.