Bakıda VI Avropa film festivalına hazırlıq işləri gedir. Bu barədə məlumat verən “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, festivalın açılışının oktyabrın 29-da keçirilməsi nəzərdə tutulub.
Festivalın proqramına Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, eləcə də Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılır.
Festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri təqdim olunacaq.