Dekabrın 7-də Milli İncəsənət Muzeyində Xocavənd rayonunun Tuğ kənd Musiqi məktəbi şagirdlərinin iştirakı ilə “Həmrəy olaq” adlı konsert proqramı təqdim edilib.

Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Proqramda Faiq Sücəddinov, Səid Rüstəmov, Tofiq Quliyev, Elza İbrahimova, Arif Məlikov, Emin Sabitoğlu və Hökümə Nəcəfovanın yaradıcılığına müraciət olunub. Konsert maraqla qarşılanıb.