Dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Kolumbiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş mərasim keçirilib.
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək ölkələrimiz arasında dostluq əlaqələrini yüksək qiymətləndirib, diplomatik münasibətlərimizin tarixindən bəhs edib.
Tədbirdə “Bakuba Band” musiqi qrupunun müşayiəti ilə Kolumbiya mədəniyyətinə xas olan “Currulao del Pacifico”, “Sanjuanero”, “Cumbia”, “Salsa” rəqsləri ifa olunub, “La Chimba” musiqi qrupu tərəfindən mahnılar səsləndirilib.