Azərbaycan
23 dekabr 1911 – Şərqşünas, tərcüməçi, professor, Əməkdar elm xadimi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911 – 9.4.1994) anadan olub.
23 dekabr 1913 – Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) anadan olub.
23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 30.3.1993) anadan olub.
23 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi, aktyor Nəcəf Abbas oğlu Həsənzadə (1927-2012) Bakıda doğulub.
23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 – 20.8.2010) Bakıda anadan olub. Akademik Milli Dram Teatrının aktyoru olub.
23 dekabr 1946 – Xalq artisti, balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva (1946 – 23.12.2019) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub, teatrda baletmeyster kimi fəaliyyət göstərib.
24 dekabr 1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10.1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır.
24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.
24 dekabr 1939 – Şair, yazıçı, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
24 dekabr 1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Rus Dram Teatrının aktrisası olub, filmlərdə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib.
25 dekabr 1906 – Əməkdar incəsənət xadimi, kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 – 7.11.1990) Bakıda anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat” və s. filmlərə quruluş verib.
25 dekabr 1906 – Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub.
25 dekabr 1908 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (1908-1982) Gəncə şəhərində doğulub.
25 dekabr 1909 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 – 8.9.1982) Şamaxıda doğulub.
25 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 31.3.1993) Tovuz rayonunda anadan olub.
25 dekabr 1934 – Ədəbiyyatşünas, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm” filminin ssenarisini yazıb.
25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 – 16.11.1995) Şəmkirin Morul kəndində doğulub.
25 dekabr 1954 – Əməkdar incəsənət xadimi, şair Ağalar Həmzə oğlu Mirzə (1954 – 5.3.2008) Şabran rayonunda doğulub.
25 dekabr 2016 – Xalq artisti, tanınmış xanəndə Ağaxan Minaxan oğlu Abdullayev (6.2.1950 – 2016) vəfat edib.
26 dekabr 1910 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub.
26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 – 30.4.2010) Qazaxda anadan olub.
26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 – 10.10.2015) Şəkidə anadan olub.
Dünya
23 dekabr 1858 – Rejissor, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub.
24 dekabr 1798 – Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 – 26.11.1855) anadan olub.
24 dekabr 1867 – Türk şairi Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867-1915) İstanbulda doğulub.
24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906-1985) anadan olub.
25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813-1894) anadan olub.
26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub.
Hazırladı: Vüqar ORXAN