20 Yanvarın ildönümü Sumqayıt Dövlət Dram Teatrında da tamaşa ilə qeyd olunacaq. Sumqayıt teatrının səhnəsində 18 yanvarda Hüseynbala Mirələmovun «Vicdanın hökmü» pyesinin tamaşası oynanılacaq.
Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşlərdə qəhrəmancasına həlak olmasından bəhs edir. Tamaşanın əsas ideyası igid əsgərlərimizi mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa səsləyir.