Zaqatala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının kollektivi Yeni il bayramı günlərində uşaqları maraqlı proqramla sevindirib.
Kollektivin hazırladığı tamaşaya bu günlərdə yüzlərlə azyaşlı uşaq və məktəbli baxıb. “Nağıl boğçası”na daxil edilən “Qoğal”, “Cırtdan” və “Yaşıl işıq” nağılları uşaqlar tərəfindən maraqla qarşılanıb.
Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları Kənan Şəkərov, Nazən Bulacova, Aysel Yusubova, Töhfə Paşayeva və Şahin İsayev oynayıblar. Tamaşanın rəssamı Çingiz Məmmədovdur.