Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunacaq.
Səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş sənətçilər də iştirak edəcəklər.
Tamaşanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.
Operada əsas partiyalardan biri – Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Teymuraz Ququşvili ifa edəcək. Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.
Səhnə əsərində, həmçinin Azərbaycanın əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.