Yanvarın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və cadugər” tamaşası nümayiş ediləcək.
Əsərin rus dilindən tərcüməçisi və quruluşçu rejissoru Ayla Osmanovadır.
Səhnə tərtibatı Nisə Qələmovaya, musiqi tərtibatı Zaur Rəşidova, plastik həlli Ceyhun Dadaşova aiddir. Saf hissləri, doğmalığı, dostluğu təbliğ edən səhnə əsərində Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.