Bakı Marionet Teatrı 18 və 25 yanvar tarixlərində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını tamaşaçılara təqdim edəcək.
Marionet tamaşası sənət ocağında ilk dəfə 30 il öncə səhnələşdirilib. 12 pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, Abbasəli Mustafayev, Zeynəb Kaadzedir.