Azərbaycan Dövlət Pantomima Teatrının repertuarındakı “Xocalı – bu olub” tamaşasının ötən bazar axşamı nümayişi 20 Yanvar qurbanlarının xatirəsinə ithaf edilib.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırıb.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə ötən ilin fevralında Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədilə hazırlanıb.