Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında çəkilmiş “Vulkanın nəfəsi” sənədli filmi Qətərin Doha şəhərində keçiriləcək Əl-Cəzirə beynəlxalq sənədli filmlər festivalının müsabiqə proqramına dəvət alıb. Festival noyabrın 26-dan 29-dək keçiriləcək.
23 dəqiqəlik ekran əsəri Azərbaycandakı palçıq vulkanlarından bəhs edir. Yer üzündəki 2 minədək palçıq vulkanından təxminən 400-ü Azərbaycan ərazisindədir. Palçıq vulkanları Azərbaycanın milli sərvəti kimi dəyərləndirilir və xüsusi mühafizə olunan ərazilər siyahısındadır. “Vulkanın nəfəsi” sənədli filmi Azərbaycandakı palçıq vulkanlarının sirli aləminə səyahət edir.
Filmin rejissoru Adil Azay, ssenari müəllifi Tofiq İsmayılov, operatoru Yuri Varnovski, prodüseri Fariz Əhmədovdur. Festivalda filmin rejissoru Adil Azay iştirak edəcək.