Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin növbəti konserti təqdim olunacaq.
Sənət axşamında ustad aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyəcək.
Layihənin məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.