Noyabrın 26-da rejissor Vahid Mustafayevin ekranlaşdırdığı "Qanlı Yanvar" filmi Hindistanda 46-cı beynəlxalq “Qoa” kinofestivalında nümayiş olunacaq.
Asiyanın ən böyük film festivallarından olan tədbir Hindistanın Qoa ştatında keçirilir. Noyabrın 30-dək davam edəcək festivalda 90 ölkədən filmlər dəvət alıb.
Xatırladaq ki, Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film bundan öncə Estoniyanın paytaxtı Tallinndə keçirilən 18-ci beynəlxalq “Black Nights” festivalında ölkəmizi təmsil edib. Ekran əsəri postsovet ölkələrinin həqiqətlərinin çatdırılması sahəsində gördüyü işlərə görə diploma layiq görülüb.