Gənclər və İdman Nazirliyi “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verib.

Əsasən regionları əhatə edəcək yarışmanın məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdir.

Yarışma haqqında geniş məlumat əldə etmək məqsədilə “El havası” sosial media hesabı (link) yaradılıb. İştirak etmək istəyən hər bir gənc “El havası” Facebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma 3 nominasiya üzrə keçirilir: rəqs, solo ifa, musiqi alətində ifa.

Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.