“El havası” layihəsinin seçim turları Gəncə-Qazax və Şirvan zonalarından sonra fevralın 13-14-də Lənkəranda keçiriləcək.
Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihənin məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdən ibarətdir.
Yarışma 3 nominasiya üzrə keçirilir: rəqs, solo ifa, musiqi alətində ifa. Astara, Yardımlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan və Lənkəran rayon gəncləri qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Lənkəran şəhər Mədəniyyət Mərkəzinə gələ bilərlər.