Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb. Bununla əlaqədar olaraq “Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verilib.
BFİ-nin rəhbəri Fehruz Şamıyev bildirib ki, indiyədək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışı olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edilir. Sənəd qəbulu 2016-cı il yanvarın 15-dək davam edəcək. Kursların müddəti üç aydır. Kurslarda dərs demək üçün Türkiyə, İran, Britaniyadan mütəxəssislərlə danışıqlar aparılıb. Qeyd olunub ki, yanvar ayında 3 yaşını qeyd edəcək BFİ-nin aktyor kursunun məzunları yerli serial və filmlərdə rol alıblar, kinoprodüser ixtisasından məzun olanlardan bəziləri xaricdə təhsillərini davam etdirirlər.