Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə şəhərdəki “İdrak” liseyində bilik yarışması keçirilib.

Yarışmada 3, 5, 14, 17, 25, 26 saylı orta məktəblərin və liseyin şagirdlərindən ibarət 7 komanda iştirak edib.

Şagirdlərə Azərbaycan mədəniyyətini, incəsənətin müxtəlif sahələrini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə “İdrak” liseyinin komandası birinci, 5 saylı orta məktəbin komandası ikinci, 3 saylı orta məktəbin komandası üçüncü yerlərə layiq görülüb. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.