Prezident İlham Əliyev fevralın 15-də Xalq rəssamı, tanınmış heykəltəraş Fazil İmamverdi oğlu Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Fevralın 16-da Fazil Nəcəfovun 85 yaşı tamam olub.