Abdulla Şaiqin mənzil-muzeyinin və Nəriman Nərimanovun xatirə muzeyinin birgə təşkilatçılığı ilə fevralın 22-də Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək.

Nəriman Nərimanovun xatirə muzeyində təşkil olunacaq tədbirdə Xətai rayonu 58 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim edəcəklər.

Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunacaq.

Tədbir çərçivəsində iştirakçılar Xocalı faciəsinə həsr edilmiş “Ana harayı” abidəsini ziyarət edəcəklər.