Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində Kainat Gənclər Mərkəzi ilə “Uşaq və yeniyetmələrə dəstək” İctimai Birliyinin təqdim etdikləri “Ümidə aparan yol” layihəsi qalib elan edilib.
Layihə üzrə “Yüksələn ulduzlar” adı altında yaradıcılıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqənin seçim turlarında Azərbaycan bölgələrinin və Bakı şəhərinin bir neçə internat məktəblərinin şagirdləri iştirak edəcək.
May ayınadək davam edəcək müsabiqə bu nominasiyalar üzrə aparılacaq: rəqs (fərdi və ya qrup), təsviri sənət (rəssamlıq, kiçik heykəltəraşlıq, toxuculuq), mahnı (muğam və ya xalq mahnıları), bədii qiraət.
Müsabiqənin seçim turları Füzuli, Zaqatala rayonlarında, Gəncə və Bakı şəhərlərində təşkil olunacaq.