Qusar Dövlət Ləzgi Dram Teatrı ingilis dilində tamaşa hazırlayır. Kollektiv yazıçı-dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” əsərini əcnəbi qonaqlara təqdim etmək niyyətindədir.
Səhnə əsərinə quruluş verən Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova bildirib ki, tamaşa Qusara gələn turistlər üçün nəzərdə tutulub.
Teatrda Cəfər Cabbarlının “Aydın” pyesi əsasında tamaşanın məşqləri də davam etdirilir. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, daha bir tamaşa 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar gənc könüllülərin iştirakı ilə hazırlanır. Nağıl-tamaşada əsas rollar könüllülərə həvalə olunacaq.