Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Xocalı fəryadı” adlı anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.
Faciənin şahidi olmuş Xocalı rayonu Yaloba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək həmin günlərin dəhşətlərindən söz açıb. Kəlbəcər Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov müdafiə batalyonunun tərkibində iştirak etdiyi döyüşlərlə bağlı xatirələrini bölüşüb.
Tədbirin sonunda Elmi Bərpa Mərkəzinin kollektivi və qonaqlar Cəbrayıl rayonu 22 nömrəli məcburi köçkün məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə paytaxtın Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət ediblər.