Hər bir millətin fiziki sağlamlığı onun milli mətbəxilə də sıx bağlıdır. “Resurs Analitik İnformasiya Mərkəzi” Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhərində keçirilən “Milli mətbəximizin zənginliyi tariximizdir” adlı tədbirdə də bu fikir vurğulanıb.
Tədbirin “Sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcək” şüarı altında cənub bölgəsində yerləşən, özünəməxsus mətbəx zənginliyi və mədəniyyəti ilə seçilən Lənkəranda keçirilməsi də təsadüfi deyil. Tədbirdə qeyri-hökumət təşkilatları və media nümayəndələri, fəal gənclər və Lənkəran şəhərində fəaliyyət göstərən bir sıra idarə-müəssisələrin təmsilçiləri, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhərdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Lənkəran Xan evi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi ilə də tanış olublar.