Rusiya Federasiyasının Həştərxan şəhərindəki Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə “XXI əsrdə Xəzər regionu. Davamlı inkişaf yolları” adlı beynəlxalq elmi forum keçirilib.
Forumun təşkilində məqsəd Xəzərətrafı ölkələrin ali təhsil müəssisələrinin dəstəyi ilə region üçün əhəmiyyətli müştərək akademik araşdırmalara nail olunması və elmi əməkdaşlıq imkanlarının müzakirəsi idi.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev “Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzə edib. Məruzəçinin Xəzəryanı ölkələrdə turizm imkanlarının öyrənilməsi və turizm marşrutlarının kriteriyalarının müəyyən edilməsi barədə təklifi maraqla qarşılanıb. Həmçinin “I Xəzər Elm Forumu”nun Bakıda keçirilməsi təklifi irəli sürülüb.