Rumıniyanın “News24hours” xəbər portalında Azərbaycanın gəzməli-görməli yerləri, turizm potensialı, mədəni irsi barədə məqalələr dərc olunur.
Növbəti yazıda ölkəmizdəki qədim hamamlardan bəhs edilir. Qeyd olunur ki, tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur.
Yazıda Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən hamamların adları, tarixi barədə məlumat verilib. Gəncədə yerləşən Çökək hamamın 2002-ci ildən beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alması vurğulanıb.