Aprelin 15-də “Arts Council Azerbaijan” təşkilatının “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə sərgi təşkil ediləcək.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaq, gənc nəslin incəsənətə marağını daha da artırmaqdır. Sərgidə müxtəlif mövzuda əsərlər nümayiş olunacaq.