Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe (İnternational Watercolor Society) –  Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “Xəzərin dalğaları” adlı Bakı beynəlxalq akvarel festivalı keçiriləcək.

2-5 iyun  tarixində gerçəkləşəcək festivalın məqsədi akvarel (sulu boya) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərməkdir.

Festivalda 18 yaşdan yuxarı hər bir yerli və xarici akvarelçi iştirak edə bilər.

Festivalın mövzusu Azərbaycan, rəsm ölçüsü sərbəstdir.

Əsərlər 90% akvarel ilə işlənməlidir. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Hər iştirakçı ən çox 3 əsər ilə festivala qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız 1 əsəri dəvət olunacaq. Festivalda iştirak ödənişsizdir.

İşlər onlayn olaraq seçiləcək.

Əsərlər facebookda festivalla bağlı yaradılan qrupda (facebook.com/groups/FestBaku/) qeyd etməklə 2020-ci il aprel ayının 15-dək onlayn olaraq (Rəqəmsal təqdim JPEG fayl 300 dpi, 3-4 Mb.) yerləşdirmək olar.

20 apreldə ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək. Seçilmiş əsərlərin fotoları və təqdim edilmiş anket doldurularaq xsm.2016@mail.ru elektron ünvanına 20-25 aprel müddətində göndərilməli və əsərin orijinalı 5 may tarixinə qədər ünvana çatdırılmalıdır.

Seçilmiş əsərlər sərgilənmək və II turda iştirak üçün dəvət olunacaq. II turda müsabiqə keçiriləcək və jüri tərəfindən qaliblər seçiləcək.

Mükafat fondu:

I yer – 500 avro;

II yer – 300 avro;

III yer – 200 avro;

Təşkilatçıların seçdiyi bir əsər – 100 avro;

Həvəsləndirici mükafat – 5 yer.

Dəvət olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.

Sərgilənmək üçün göndərilən orijinal əsərlərin qəbulu Xətai Sənət Mərkəzində aparılacaq.

Bakı şəhəri, Xocalı pr. 62, AZ1025

 www.xsm.az

(+994) 12 490 84 51/52/53