Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması üçün yeni iş formatların axtarışı aktuallıq kəsb edir.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində yaranmış vəziyyətlə bağlı toplantı keçirilib. Mart 18-dən etibarən mərkəz tərəfindən bölgələrdə fəaliyyət göstərən müəssisələr üçün elektron mədəni konsaltinq xidmətlərinin göstərilməsi qərara alınıb. Onlayn məsləhətləşmələr zamanı suallar aidiyyəti üzrə mütəxəssislər tərəfindən cavablandırılacaq.
Mədəniyyət müəssisələrin əməkdaşları mərkəzin saytı və “Facebook”, “Instagram” səhifələri vasitəsilə elektron layihəyə qoşula bilərlər.