Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 28-nə olan məlumatına görə, Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qeyd olunan tarixədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib.
474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində ölkədə koronavirusa yoluxma hallarının müəyyən edilməsi ilə əlaqədar 132.640 test aparılıb.