İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 14-dən 17-dək Bakıda İran filmləri günləri keçiriləcək.
Açılış günü Nizami Kino Mərkəzində “143-cü çuxur” filmi nümayiş olunacaq.
Sonrakı günlərdə “Bir dişləm qənd”, “Bu gün”, “Nəqqaşlıq hovuzu” filmləri göstəriləcək.