Beynəlxalq Türk Akademiyası böyük qazax mütəfəkkiri və şairi Abay Kunanbayevin 175 illiyi münasibətilə publisist-araşdırmaçı Aida Eyvazlının tərcümə etdiyi “Qara söz” kitabını çap edib. Kitabın redaktoru Əkbər Qoşalı, ikinci redaktoru və korrektoru İlhamə Dağlıdır.
Bu kitabla eyni vaxtda Abayın “Qara söz”ü özbək dilinə tərcümədə də işıq üzü görüb.
Aida Eyvazlı Abayın kitabının Azərbaycan dilinə tərcüməsinin ona həvalə edildiyinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıraliyə minnətdarlığını bildirib.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası 2020-ci ili “Abay ili” elan edib. Xatirə ilinin ilk açılış tədbiri Azərbaycanda, Bakı Dövlət Universitetində keçirilib.