Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” adlı yeni tammetrajlı bədii filminin çəkilişlərinə hazırlıqlar gedir.
Kinostudiyadan bildirilib ki, dram janrında lentə alınacaq filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Hazırda filmin aktyor və məkan seçimi aparılır.