İspaniyanın tanınmış yazıçısı Karlos Ruis Safon 56 yaşında dünyasını dəyişib. Yazıçı uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.

Karlos Ruis Safon 1964-cü ildə Barselonada dünyaya gəlib. Bədii yaradıcılığına 1993-cü ildə yeniyetmələr üçün yazdığı mistik kitablardan başlayıb. 2001-ci ildə çap etdirdiyi “Küləyin kölgəsi” romanı (“La sombra del viento”) 30-dan çox dilə tərcümə olunaraq 15 milyon tirajla yayımlanıb. Müəllifin digər məşhur əsərlərindən “Mələyin oyunu” (2008) və “Səma məhbusu” (2011) romanları böyük marağa səbəb olub.