Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Oskarı-2” qısametrajlı film festivalı başlanacaq. Peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalına həvəsi olan hər bir şəxs öz filmi ilə qatıla bilər.
Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.
Festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini, siyasi və qeyri-etik mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır.
Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq. Qeydiyyat avqustun 31-dək davam edəcək. Mükafatlandırma mərasimi sentyabrda həyata keçiriləcək.
Qeyd edək ki, iştirak etmək istəyənlər bakioskari@gmail.com elektron ünvana müraciət etməlidirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar