Romantik komediya janrında ekranlaşdırılan “Nazlı” bədii filminin çəkilişləri davam edir. Ekran əsərinin quruluşçu rejissoru Rəhman Rafiqoğludur. Rolları Xalq artisti Arif Quliyev, bir sıra tanınmış və gənc aktyorlar oynayırlar.
Filmin ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş prodüseri Murad Məhərrəmlidir.