Kino nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edib. Sənəd mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin ölkə ərazisində yayımı və nümayiş etdirilməsi qaydalarını müəyyən edir.
Qaydaya edilən dəyişikliyə əsasən, kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.