Fotosənədli animasiya filmi təqdim edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) bu il 100 illik yubileyini qeyd edir. Muzeyin əməkdaşları – tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, elmi işçi Ləman Musayeva və Qənirə Qafarlı “Güc birlikdən doğar” gənclər heyəti ilə birgə “Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” adlı fotosənədli animasiya filmi hazırlayıblar. Bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, “Güc birlikdən doğar” gənclər heyətindən Sinan Əzimov, Əli Nadirli, Aynur Hökmürəvan, Gültəkin Həsənova və Əsmər Zeynalovanın texniki çalışmaları ilə ərsəyə gələn animasiya həm də “2020 – Könüllülər ili”nə bir töhfədir.

Bu fotosənədli animasiyada MATM-ın direktoru, akademik Nailə Vəlixanlının ümumi redaktorluğu ilə nəşr olunmuş “Hacı Zeynalabdin Tağıyev” adlı kitab-albomun fotomateriallarından və muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabındakı məlumatlardan istifadə edilib.