Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir. Növbəti virtual turun ünvanı Mingəçevir şəhəri olub.

Bu məqsədlə hazırlanan videoçarxda şəhərin tarixi ilə bağlı izləyicilərə maraqlı faktlar çatdırılır və fotolar nümayiş olunur. Videoçarxda İkinci Dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəri olan Mingəçevirin tikintisi, inkişafı ilə bağlı informasiya verilir. Materialda Heydər Əliyev Mərkəzi, Tarix muzeyi, Rəsm qalereyası, Mingəçevir Dövlət Dram Teatrı, Gənclər evi, Bayraq meydanı, Soyqırımı abidəsi, Şəhidlər xiyabanı, Mingəçevir Dövlət Universiteti, “Ana dili” abidəsi, müasir tikililər, istirahət mərkəzləri və parkların fotoları, şəhərin kosmosdan görünüşünün fotosu yer alıb.

Videoçarx Azərbaycanın Milli Qəhrəmanları olan mingəçevirlilər Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev, Rəşad Mirabov və digər görkəmli şəxsiyyətlərin adları diqqətə çatdırılır.

Videoçarxı kitabxananın “Youtube” kanalında və “Kitabsevər uşaqlar”ın “Facebook” səhifəsində izləmək olar.