İyulun 15-də görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Azər Rzayevin anadan olmasının 90 illiyi tamam olub.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Azər Rzayev. Altı simfonik lövhə: iki fortepiano üçün” not məcmuəsini nəşr etdirib.

Kitabxanadan bildirilib ki, vəsaitə bəstəkarın fortepiano üçün musiqi əsərləri – rəqs, vals, məzəli oyun, “Bolero”ya bənzər, “Düşüncə” və “Qaytağı” əsərləri daxil edilib. Bu məcmuə bütün musiqi məktəblərinə və rayon-şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərinə (MKS) göndəriləcək.