Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 25-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1848 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma və sağalma sayı nisbətində bir aydan artıq (iyulun ortalarından) davam edən müsbət dinamika 22 avqustdan (184 yeni yoluxma, 160 sağalma) yenidən mənfiyə doğru dəyişib. Bununla belə, eyni tarixdən bu yana gündəlik yoluxma sayı da qismən azalmaqdadır: 23 avqust (169), 24 avqust (152), 25 avqust (133).