AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 2019-cu il üçün MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birliyin ulduzları” mükafatına layiq görülüb.

Fondun icraçı direktoru Elvira Dolya tərəfindən akademik Nailə Vəlixanlıya göndərilmiş məktubda deyilir ki, bu mükafatın verilməsi MDB ölkələri tərəfindən Nailə Vəlixanlının yaradıcı əməyinə və humanitar sahədəki uğurlarına verilən yüksək qiymətin göstəricisidir.

Qeyd edək ki, “Birliyin ulduzları” dövlətlərarası mükafatı diplomdan, mükafat laureatının fəxri nişanından və ona verilən sertifikatdan ibarətdir və hər il təntənəli şəkildə təqdim olunur. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, mükafatlandırılma mərasiminin mümkün formatı nəzərdən keçirilir.