Xalqımızın zəngin mədəni irsi, bu zənginliyin yaşadılması, təbliği və dünyada tanıdılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət mərkəzindədir.

Ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi siyasətə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mədəni irs məkanlarının, tarixi-mədəni abidə və tikililərin qorunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq işlər görülür.

Eyni zamanda ölkə ərazisində tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin aradan qaldırılması üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri gücləndirilib. Tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilə və bu sahədə digər neqativ hallarla bağlı vətəndaşların müraciətlərinə, eləcə də müxtəlif media vasitələrində ictimailəşdirilən bu qəbildən məlumatlara operativ reaksiya verilir, qeyd olunan problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Mədəniyyət Nazirliyi bu kimi məsələlərlə bağlı ölkə vətəndaşlarının təşəbbüskarlığını  və media vasitələrinin mövzuya obyektiv şəkildə diqqət ayırmasını təqdir edir və təşəkkürünü bildirir.

Bu istiqamətdə məsələlərin operativ şəkildə həll olunması məqsədilə info@heritage.gov.az elektron poçt ünvanına müraciət edilməsi xahiş olunur.